DnDünyaBessent: Tramp və Si süni intellektin müstəqil hərbi qərar verməməsinə razılaşıb
ABŞ-ın maliyyə naziri Skott Bessent CNBC-yə müsahibəsində bildirib ki, Donald Tramp və Si Cinpin süni intellektlə bağlı razılığa gəliblər. Bessent-in sözlərinə görə, süni intellekt irimiqyaslı hərbi əməliyyatlarla bağlı qərarları müstəqil qəbul etməməlidir. O deyib ki, süni intellektlə əlaqəli bütün hərbi qərarların qəbulunda insan iştirak etməlidir. Bessent əlavə edib ki, liderlər nüvə silahlarının yayılmasının qarşısının alınması tədbirlərini də ətraflı müzakirə ediblər.
20 noyabr, 23:38 · 1 dəq oxu ·