AzAzərbaycanAzərbaycanda 2028-ci ilədək 500 süni intellekt mühəndisi hazırlanması planlaşdırılır
Report.az-a görə, Azərbaycanda 2028-ci ilə qədər 500 süni intellekt mühəndisinin hazırlanması planlaşdırılır. Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov "Gələcəyin Peşələr Sammiti"ndə danışıb. Strategiya çərçivəsində 3 000 nəfərlik süni intellekt icmasının formalaşdırılması, dövlət qurumlarından 500 nəfərin "Menecerlər üçün Süni İntellekt" təlimini tamamlaması da nəzərdə tutulur.
18 noyabr, 10:08 · 1 dəq oxu