TxTexnologiyaApple-ın iCloud, App Store və Apple Music xidmətlərində nasazlıq yaranıb
Apple-ın Sistem Statusu səhifəsinə görə, iCloud-un hesab və giriş xidmətlərində problem yaranıb və xidmət yavaş işləyib, ya da əlçatmaz olub. App Store, AppleCare on Device və Apple Music də problem yaşayıb, sonradan iCloud Mail, iCloud.com və məktəblər üçün nəzərdə tutulan bəzi xidmətlər də siyahıya əlavə edilib. Apple bildirib ki, çöküşlərə daxili yenilənmə səbəb olub, kiber hücum olmayıb. Status səhifəsində bütün nasazlıqların aradan qalxdığı göstərilib.
18 noyabr, 12:35 · 1 dəq oxu ·