TxTexnologiyaAzərikard Developer Portalını açdı: API sənədləri və sandbox mühiti finteklər üçün
Azərikard fintek şirkətləri və merçantlar üçün Developer Portalını istifadəyə verib. Portal developer.azericard.com ünvanında fəaliyyət göstərir. Tərəfdaşlar Azərikardın ödəniş xidmətləri ilə inteqrasiyaya müstəqil başlaya, texniki sənədləri öyrənə və həllərini test mühitində yoxlaya bilər. Portal API sənədlərini, inteqrasiya təlimatlarını, test məlumatlarını və autentifikasiya mexanizmlərini əhatə edir.
21 noyabr, 00:42 · 1 dəq oxu· İlkin məlumat ·