Britaniyada enerji haqlarının yanvardan 26% artacağı proqnozlaşdırılır
The Guardian-ın yazdığına görə, Böyük Britaniyada qaz və elektrik qiymətlərinə qoyulan dövlət tavanının yanvardan 26% artacağı gözlənilir. Proqnozu Cornwall Insight şirkəti verib: tipik ev təsərrüfatının illik haqqı 443 funt (təxminən 1000 manat) artaraq 2166 funta (təxminən 4860 manat) çata bilər. Yanvar–mart dövrü üçün yeni tavanı gələn çərşənbə günü Ofgem, yəni Britaniyanın enerji bazarı tənzimləyicisi, müəyyən edəcək.
Foto: The GuardianBu nə deməkdir?
Bu, tarixdəki ən böyük rüblük qiymət artımlarından biridir və Cornwall Insight-ın sentyabrdakı 16%-lik proqnozundan xeyli yüksəkdir. Səbəb kimi oktyabrda qaz bazarı qiymətlərinin artması, Yaxın Şərqdə şiddətin güclənməsi və Avropanın qaz ehtiyatları ilə bağlı narahatlıq göstərilir; ölkədə inflyasiya da oktyabrda 3,5%-dən 3,6%-ə yüksəlib.



