Hasil Abbasov: Süni intellekt yaradıcı düşüncəyə geniş meydan açır
AZƏRTAC-ın məlumatına görə, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov Gələcəyin Peşələri Sammitinin rəsmi açılış mərasimində çıxış edib. O bildirib ki, süni intellekt təkrarlana bilən işləri avtomatlaşdırır, rutin işləri ona həvalə edib daha yaradıcı işlər ortaya qoymaq mümkündür. Hasil Abbasov vurğulayıb: "İnsan əsas kapitaldır."
Bu nə deməkdir?
Hasil Abbasovun sözlərinə görə, süni intellekt daha strateji və yaradıcı düşünmək üçün geniş meydanlar açır. O, düşüncə tərzini və institutlaşmanı təkcə dövlət sektorunda deyil, özəl-biznes subyektlərində də inkişaf etdirmək istədiklərini deyib.


