DnDünyaQazaxıstanda “Samruk-Kazına” və “Qazaxıstan Dəmir Yolu” rəhbərləri həbs edilib
AZƏRTAC “Kazinform”a istinadla bildirir ki, Qazaxıstanda məhkəmə “Samruk-Kazına” Fondunun İdarə Heyətinin sədri Nurlan Jakupov və “Qazaxıstan Dəmir Yolu” SC-nin rəhbəri Eljas Otınşiyev barəsində həbs qətimkan tədbiri seçib. Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, onlar noyabrın 12-də müvəqqəti saxlama təcridxanasına yerləşdirilib, noyabrın 14-də isə istintaq məhkəməsi məhkəməyəqədər həbs qərarı verib.
18 noyabr, 10:02 · 1 dəq oxu