Qazaxıstanda “Samruk-Kazına” və “Qazaxıstan Dəmir Yolu” rəhbərləri həbs edilib
AZƏRTAC “Kazinform”a istinadla bildirir ki, Qazaxıstanda məhkəmə “Samruk-Kazına” Fondunun İdarə Heyətinin sədri Nurlan Jakupov və “Qazaxıstan Dəmir Yolu” SC-nin rəhbəri Eljas Otınşiyev barəsində həbs qətimkan tədbiri seçib. Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, onlar noyabrın 12-də müvəqqəti saxlama təcridxanasına yerləşdirilib, noyabrın 14-də isə istintaq məhkəməsi məhkəməyəqədər həbs qərarı verib.
Bu nə deməkdir?
Bildirilir ki, rəhbər şəxslər korrupsiya cinayəti törətməkdə şübhəli bilinirlər. Məhkəməyəqədər istintaq davam edir, işin əlavə təfərrüatları açıqlanmayıb.


